Səhiyyə naziri əvəzi vətəndaşlara müraciət edib
- 05.11.2021, 14:57,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Koronavirus daim mutasiya uğrayır. Delta, delta plus və müxtəlif ştamlar aşkarlanır. Bu daimi prosesdir. Bundan qorxmaq lazım deyil".
LIVE.az report-a istinadla xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev VIII Bakı Qlobal Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, pandemiya hələ bitməyib: "Sosial məsafəni gözləyib, maska taxmağa davam etməliyik. Vaksinasiya ilə yanaşı, epidemoloji tədbirlərin aparılması məcburidir. Yalnız hər iki istiqamətdə aparılan tədbirlər effekt verir. Xəstəxanalarda qəbul azalanda insanlar özünü arxayın aparır və qaydalara riayət etmir. Nəticədə yoluxma artır".
Səhiyyə naziri əvəzi ölkə vətəndaşlarına təşəkkür edib
"Vaksinasiya bu günə qədər uğurla davam edir. Hazırda bu bəla ilə mübarizədə effektiv üsul vaksinasiyadır. Səhiyyə işçisi olaraq həmvətənlərimə minnətdarlığımı bildirirəm".
Bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev VIII Bakı Qlobal Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkə vətəndaşları yüksək səviyyəli vətəndaşlıq nümunəsi nümayiş etdirirlər: "Onlar könüllü şəkildə vaksinasiya prosesinə qoşulurlar. Ölkəmiz dünyada bu sahədə irəlidə gedən ölkələrdən biridir".