Syerra-Leonedə benzindaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 100-ü ötüb
- 06.11.2021, 19:24,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzindaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 100-ü ötüb.
Bu barədə "Sinhua" agentliyi yazır.
Şəhər morqundan bildirilib ki, bu günə kimi oraya 95 cəsəd gətirilib.
Bundan əlavə, ölkənin səhiyyə nazirinin müavini daha əvvəl "Reuters" agentliyinə bildirib ki, insident nəticəsində 100-dən çox adam xəstəxanaya yerləşdirilib.
Partlayış səhər tezdən yanacaq daşıyan yük maşını qəzaya uğradıqdan sonra baş verib. Onun ətrafına toplaşan insanlar ətrafa tökülən yanacağı toplamağa çalışıblar, elə bu zaman partlayış və alovlanma baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
APA