ABŞ səfirliyi ölkəyə giriş qaydaları haqqında məlumatları yeniləyib
- 08.11.2021, 13:29,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Noyabrın 8-dən etibarən ABŞ-a səfər etmək üçün COVID-19-a qarşı tam peyvənd sertifikatı və mənfi PCR testi təqdim edilməlidir.
LIVE.az ABŞ-ın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir ki, ABŞ-a səfər etmək üçün qəbul edilən peyvəndlərə “Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca”, “Covishield”, “BIBP/Sinopharm və “Sinovac” vaksinləri daxildir.
“Bu siyasət ictimai səhiyyəni, ABŞ vətəndaşlarının və sakinlərinin, həmçinin ölkəmizə qonaq gələn şəxslərin qorunmasını ən üst səviyyəyə qoyur. Bu qaydadan istisna son dərəcə məhduddur: 18 yaşınadək uşaqlar və vaksin çatışmazlığı müşahidə olunan ölkələrdən gələn bəzi şəxslər”, - səfirliyin məlumatında deyilir.