Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

   



Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən, dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi noyabrın 8-də - Zəfər Günündə Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.


LİVE.az-ın məlumatına görə, bu barədə mediaya Azərbaycanın ABŞ-dakı səfirliyindən xəbər verilib.


Azərbaycan bayrağının fonunda torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılarımız ifa olunub.

Tədbirdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları və ABŞ-da yaşayan icmamızın nümayəndələri iştirak ediblər.




Şərhlər
Sosial bölməsinin xəbərləri