Avropa Komissiyası rəqəmsal keçidə 1,98 mlrd. avro xərcləyəcək



Avropa Komissiyası Avropa İttifaqının (AI) rəqəmsal keçidini daha da təkmilləşdirmək məqsədilə “Rəqəmsal Avropa” proqramına əlavə 1,98 mlrd. avro sərmayə yatıracaq.

 APA “Breaking the News”a istinadən xəbər verir ki, Komissiyanın planı əsasən süni intellekt, bulud hesablamaları, kvant kommunikasiya infrastrukturu, qabaqcıl rəqəmsal bacarıqları, rəqəmsal texnologiyaların iqtisadiyyatda və cəmiyyətdə geniş tətbiqini, kibertəhlükəsizliyi və şəbəkənin inkişafı məsələlərini əhatə edəcək.

Avropa Komissiyasının vitse-prezidenti Marqret Vestaqerin sözlərinə görə, “Rəqəmsal Avropa” proqramının köməyi ilə təhlükəsiz və dayanıqlı rəqəmsal infrastrukturların yaradılması planlaşdırılır.

“Məqsəd ondan ibarətdir ki, Avropadakı hər kəs – vətəndaşlar, müəssisələr və idarələr – bazara hazır texnoloji həllərdən faydalana bilsin”, - deyərək M. Vestaqer qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri