Maliyyə naziri: "Büdcə xərclərin artırılmasına ehtiyyatla yanaşmalıyıq"
- 12.11.2021, 14:53,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Dünyada neftə tələbat azala bilər. Bir çox inkişaf edən ölkələr artıq daxili yanma mühərrikindən elektrik mühərrikə keçidlə bağlı konkret vaxt müəyyən ediblər".
LIVE.az “Report”a istinadla verdiyi məlumata görə, bunu bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, bu, şübhəsiz ki, ənənəvi enerji resurslarına tələbatı azalda bilər və neft-qaz hasilatı ilə məşğul olan ölkələrin və şirkətlərin gəlirlərinə mənfi təsir edəcək.
Nazir bildirib ki, Azərbaycanın 5 illik milli inkişaf srategiyasında da bu sual qoyulur ki, Azərbaycan bu çağırışa necə hazırdır: “Ona görə də biz büdcə xərclərin artırılmasına ehtiyyatla yanaşmalıyıq. Büdcə xərclərinə nəzarət artırılmalıdır və bu istiqamətdə işilər aparılır”.