Erməni terrorçu Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb


Erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə minik avtomobilindən qumbara atıb.

"Report" "Caliber.az"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.

Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

Terror aktı nəticəsində bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri