Bu il 46 minə yaxın şəxsə əlillik təyin olunub
- 13.11.2021, 13:59,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin edib.
Agentlikdən mediaya verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Onlardan 14 245-i ilkin, 31 432-si təkrar əlillik təyinatıdır. Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə sosial ödənişlər təyin edilib.
Bu ilin 10 ayında həmçinin əlilliyi olan 7 615 şəxsə 38 670 reabilitasiya vasitəsi verilib, 6 429 şəxsə isə reabilitasiya xidmətləri göstərilib.