İranda zəlzələ nəticəsində azı 1 nəfər ölüb, onlarla yaralı var




İranın cənubunda baş verən zəlzələ nəticəsində azı 1 nəfər həyatını itirib, 27 nəfər xəsarət alıb.

LIVE.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər verib.

Bildirilir ki, yeraltı təkanlar bir neçə dəfə təkrarlanıb, onların gücü 6,1 - 6,5 bal arasında dəyişib.

///

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Qeşm rayonunun Laft şəhəri yaxınlığında 6,4 bal gücündə baş verib.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:36-da 18 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri