BDU-nun köhnə yataqxanasının ərazisində müasir tələbə şəhərciyi salınacaq


"Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir. Bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər həftə müzakirələr aparılır".

Bu fikirləri Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisəsinin yeni tikilən 225 nəfərlik yataqxanası əsaslı şəkildə təmir olunub və tələbələr üçün lazımi vasitələrlə təmin olunub: "Universitetin əvvəlki tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Həmin hissəni hasarladıq və indi ərazi xüsusi mühafizə altındadır, kənar şəxslərin girişi mümkün deyil".

E.Babayev bildirib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində BDU-nun köhnə yataqxanasının ərazisində müasir səviyyədə tələbə şəhərciyinin salınması nəzərdə tutulur: "Hazırda layihələr üzərində işləyirik. Düşünürük ki, burada tələbə şəhərciyi salınandan sonra nəinki öz universitetimizin tələbələrini, eyni zamanda yaxınlıqdakı digər ali məktəblərin də tələbələrini qalacaq yerlə təmin etmək imkanımız olacaq. Hazırda yüksək səviyyədə müasir tələblərə cavab verən yataqxana kompleksləri üzərində iş gedir. Hətta ilkin layihələr də var, onlar estetik və texniki imkanlar baxımından gözəl layihələrdir".


Report
Şərhlər
Sosial bölməsinin xəbərləri