Bakıda Özbəkistanla bağlı sərgi keçiriləcək
- 25.11.2021, 22:42,
- İnformasiya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda “Made in Uzbekistan” biznes missiyasını təşkil edir.
Burada 80-dən artıq yerli tekstil, dəri və ayaqqabı, ipək, qida, kimya, elektrik-texniki, əczaçılıq, tikinti, mebel və maşınqayırma sənayesi istehsalçılarının iştirakı nəzərdə tutulur. Bununla yanaşı, şərab mədəniyyəti, turist potensialı və özbək xalqının xalq-tətbiqi sənət nümunələri sərgilənəcəkdir.
Biznes missiyasının əsas məqsədi milli məhsulların təşviqi, Özbəkistan və Azərbaycan işgüzar dairələri arasında əlaqələrin yaradılması, ixrac həcmininin artırılması və ziyarətçilərin ölkənin istehsal potensialı ilə tanış edilməsi, məhsulların üçüncü ölkələrin bazarlarına sonrakı ixracı perspektivi ilə yüksək əlavə dəyərə malik yeni idxalı əvəz edən sənaye istehsallarının inkişafı üçün kooperativ əlaqələrin inkişaf etdirilməsi, yerli ixracatçıların etibarlı ixrac müqavilələrın bağlanması ilə yanaşı öz məhsul və xidmətlərinin xarici bazara çıxarılması üzrə bir sıra ixtisaslaşmış xidmətlərin göstərilməsidir.
Məlumatda vurğulanıb ki, 15-17 dekabr tarixlərində "Baku Marriott Boulevard" hoteldə "Made in Uzbekistan" milli məhsulların sərgisi keçiriləcəkdir, tədbir çərçivəsində biznes missiyasının iştirakçılarının təqdimatları olacaq, habelə Özbəkistan və Azərbaycan biznes icmaları arasında «B2B» formatında ikitərəfli danışıqlar aparılacaqdır.
Sərgi çərçivəsində ziyarətçilərin Özbəkistanın turizm və qastronomiya mədəniyyəti ilə tanış olması, tədbir iştirakçıları və qonaqlarına bayram plovunun təqdim edilməsi də planlaşdırılır.