Azərbaycan bu il 26 ölkəyə 24 mln. tona yaxın neft ixrac edib - REYTİNQ
- 04.12.2021, 15:21,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 5 337 711,07 min ABŞ dolları dəyərində 11 408 096,26 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Live.az"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Xorvatiya qərarlaşıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 751 238,16 min dollar dəyərində 1 530 609,18 ton neft ixrac edib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İspaniya tutur. Yanvar-oktyabr aylarında bu ölkəyə 552 660,7 min dollar dəyərində 1 270 845,01 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 26 ölkəyə 11 220 098,82 min dollarlıq 23 800 444,38 ton neft ixrac edib.
Live.az Azərbaycanın neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi təqdim edir:
# | Ölkələr | Miqdar, ton | Məbləğ, min $ |
- | Cəmi | 23 800 444,38 | 11 220 098,82 |
1 | İtaliya | 11 408 096,26 | 5 337 711,07 |
2 | Xorvatiya | 1 530 609,18 | 751 238,16 |
3 | İspaniya | 1 270 845,01 | 552 660,7 |
4 | İsrail | 1 256 823,22 | 611 729,32 |
5 | Hindistan | 1 122 729,85 | 496 009,13 |
6 | Portuqaliya | 1 077 855,7 | 533 986,42 |
7 | Ukrayna | 819 699,5 | 359 630,74 |
8 | Almaniya | 791 289,4 | 405 658,07 |
9 | Tunis | 782 827,41 | 373 764,25 |
10 | Böyük Britaniya | 624 005,43 | 312 493,08 |
11 | Belarus | 452 234,57 | 216 137,67 |
12 | Kanada | 416 119,36 | 214 757.33 |
13 | Türkiyə | 411 383,38 | 176 302,65 |
14 | Çexiya | 299 327,19 | 157 716,36 |
15 | Çin | 277 516,67 | 102 592,36 |
16 | Tailand | 277 100,94 | 134 110,72 |
17 | Rumıniya | 173 781,81 | 80 876,89 |
18 | İndoneziya | 173 504,81 | 87 124,86 |
19 | Vyetnam | 139 699,64 | 72 728,56 |
20 | Fransa | 91 755,21 | 45 737,11 |
21 | İsveçrə | 90 283,35 | 48 391,61 |
22 | Yunanıstan | 89 320 | 48 262,58 |
23 | İrlandiya | 87 840,9 | 41 737,54 |
24 | Avstriya | 80 008,75 | 37 460,90 |
25 | Avstraliya | 54 975,82 | 20 884,24 |
26 | Rusiya | 811,03 | 396,52 |