Azərbaycanın gənc ulduzu Pantene “Altın Kelebek” mükafatını qazandı
- 06.12.2021, 18:01,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Televiziya və musiqi dünyasında gücünü göstərənlərin gecəsi hesab olunan 47-ci Pantene Altın Kelebek Mükafatları 5 dekabrda İstanbulda baş tutub.
Tədbir məşhur aktrisa Demet Özdemirin səhnə şousu ilə başlayıb və populyar müğənnilərin bir-birindən maraqlı çıxışları ilə davam edib.
İl boyu öz istedad və nailiyyətləri ilə seçilən sənətçilərin mükafat qazandığı gecədə izləyicilərə hər şəraitdə gücünü göstərməyin önəmi barədə mesajlar verilib.
Azərbaycan artıq 4-cü ildir, Pantene Altın Kelebek Mükafatlarında xüsusi kateqoriya ilə təmsil olunur. Əvvəlki illərdə ölkənin tanınmış ulduzlarının namizəd olduğu Pantene Altın Kelebek Mükafatını xalq artisti Röya Ayxan və Aygün Kazımova qazanıb.
Bu il isə “Azərbaycanın parlayan gənc ulduzu” adlı yeni nominasiyanın elan edilməsi ilə əlaqədar musiqisinin gücünü göstərən gənc sənətçilərimiz - Ayaz Babayev, Çinarə Məlikzadə və Nahidə Babaşlı Pantene Altın Kelebek mükafatına namizəd olublar.
Qeyd edək ki, Nahidə Babaşlı Youtube platformasında 1,30 milyon, Instagram platformasında isə 800 min izləyicisi var.
Gecədə iştirak edən hər üç namizəd öz sosial media səhifələrindən maraqlı görüntülər paylaşaraq gecənin həyəcanını izləyicilərlə birlikdə yaşayıb.