“Qarabağ” və “Ayntraxt” arasında Frankfurtda keçiriləcək qarşılaşmaya 45 min bilet satılıb

“Təəssüf ki, azarkeşlərimizin Azərbaycana səfəri asan olmayacaq. Bu üzdən Bakıdakı ilk oyunda böyük azarkeş dəstəyindən məhrum olacağıq”.

APAnın məlumatına görə, bunu Almaniyanın “Ayntraxt” klubunun prezidenti Heribert Bruhhaqen deyib.

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Bundesliqa təmsilçisinin rəhbəri azarkeş amilinə toxunub: “Bütün azarkeşlərimizin bizimlə olmaq arzusu reallaşmayacaq. Lakin cavab oyununun bizim meydanda keçirilməsi əlavə üstünlükdür. Avqustun 29-da komandaları əsl anşlaq gözləyir. Artıq “Qarabağ”la Frankfurtdakı matça 45 min bilet satılıb”.
Şərhlər
İdman bölməsinin xəbərləri