AMB: "PayPal"ın Azərbaycana gəlməsi müzakirələr mərhələsindədir
- 08.12.2021, 15:57,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hazırda "PayPal" electron ödəniş sisteminin Azərbaycana gətirilməsi istiqamətində Mərkəzi Bank "PayPal"la müvafiq danışıqları davam etdirir.
LİVE.az-ın xəbərinə görə, bunu mediaya Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.
Onun sözlərinə görə, bu proses hazırda yalnız danışıq və müzakirələr mərhələsindədir: "Təbii, ola bilər ki, bu proses müəyyən zaman aparsın. Biz maksimum çalışırıq ki, "BighTech"lərin ölkəyə gəlməsinə dəstək olaq".
F. Osmanov onu da qeyd edib ki, AMB ölkədə "Google Pay", "Samsung Pay" və "PayPal"ın olmasında maraqlıdır. Belə ki, bu, nəticə etibarilə nağdsız cəmiyyətin formalaşmasına xidmət göstərəcək.