İtaliya Baş nazirinin Azərbaycana səfər proqramı açıqlanıb
- 13.08.2013, 00:14,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 11-də Bakıya gələcək İtaliyanın Baş naziri Enriko Lettanın səfər proqramı açıqlanıb. Bu barədə Trend İtaliya hökumətinin rəsmi saytına istinadən məlumat verir.
Məlumata görə, E.Letta Azərbaycan rəhbərliyi ilə görüşəcək, sonra isə mətbuat konfransı keçirəcək.
Baş nazir daha əvvəl mətbuat konfransında bildirmişdi ki, Bakıya Azərbaycan qazının Avropaya nəqli üçün Trans-Adriatik boru kəməri (TAP) layihəsinin marşrut qismində seçilməsinə görə Prezident İlham Əliyevə təşəkkür etmək üçün gələcək.