UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi texniki səhv səbəbindən təkrarlanıb.
İsveçrənin Nyon şəhərində keçirilmiş tədbirdə bu raundun cütlükləri müəyyənləşib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
"Zaltsburq" (Avstriya) - "Bavariya" (Almaniya)
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
"Atletiko" (Madrid, İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)
PSJ (Fransa) - "Real Madrid" (İspaniya)
Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
///
17:03
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrarlanacaq.
Buna səbəb təşkilatçıların püşkatma zamanı kobud səhvə yol verməsidir.
Tədbir bu gün Bakı vaxtı ilə saat 18:00-da yenidən keçiriləcək.
İngiltərənin "Mançester Yunayted" və "Liverpul" klublarının adlarının yazıldığı şarlar səhvən fərqli qutulara qoyulub. Nəticədə "qırmızı şeytanlar" əvvəlcə eyni qrupda mübarizə apardığı İspaniya "Vilyarreal"ına rəqib olub. Səhv qısa zamanda aradan qaldırılsa da, bu dəfə La Liqa təmsilçisinin potensial rəqibləri arasında mersisaydlılar olmayıb.
Həmçinin İspaniya "Atletiko"sunun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı "Liverpul"un adının yazıldığı şar qoyulub. “Mançester Yunayted”ın adı isə həmin siyahıda yer almayıb. Report.
///
15:58
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıbUEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
LIVE.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri müəyyənləşib.
1/8 finalın ilk görüşləri 2022-ci il 15 - 16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8 - 9 və 15 - 16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi"Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)
"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
"Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)
"Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)
"İnter" (İtaliya) - "Ayaks" (Niderland)
"Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə)