Gürcüstan rəsmisi: “Pandemiyaya baxmayaraq Azərbaycan və Türkiyə ilə ticarət dövriyyəmiz artıb”



“Bu gün Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu regional əməkdaşlığı genişləndirməyə şərait yaradan uğurlu bir formatdır”.

Bunu tədbirdə çıxış edən Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Giorgi Partaya deyib.

Onun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, ölkəsinin qonşu ölkələrlə ticarət dövriyyəsi artıb: "Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 16%, Türkiyə ilə Gürcüstan arasında ticarət dövriyyəsi isə 30% artıb. Ümid edirik ki, bu artım davamlı olacaq”, - deyə o, qeyd edib.



Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri