İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub
- 13.08.2013, 00:17,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Rövşən Mehrəliyev və Cavanşir Əliyevin məhkəməsi başa çatıb. Trend-in məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Rövşən Mehrəliyev 9 il 6 ay, Cavanşir Əliyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər. Onlardan küllü miqdarda narkotik vasitə olan heroin aşkar edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham ediliblər.