Azərbaycan internetin ucuzluğuna görə TOP-20 ölkə sırasında yer alıb
- 15.12.2021, 12:10,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan genişzolaqlı internetin ən sərfəli tariflərə malik TOP-20 ölkə sırasına daxil olaraq 16-cı yerdə qərarlaşıb.
Live.az APA-ya istinadla xəbər verir ki, genişzolaqlı internet qiymətlərinin müqayisəsi Britaniyanın "BGL Group" şirkəti tərəfindən maliyyələşdirilən "Compare the Market" saytı tərəfindən aparılıb.
Analitiklərin hesablamalarına görə, Azərbaycanda genişzolaqlı internetin orta qiyməti 11,63 funt sterlinq (və ya 26,20 manat) təşkil edir.
Ümumdünya genişzolaqlı internet tarifləri 19 oktyabr tarixinə olan "Numbeo" qlobal məlumat bazasından götürülüb. Müqayisə üçün 60 Mbit/s genişzolaqlı çıxış sürəti ilə aylıq limitsiz internetin tarifi götürülüb. Ümumilikdə, dünyanın 110 ölkəsində tariflər təhlil edilib.
"Compare the Market"in məlumatına görə, ən sərfəli genişzolaqlı internet Ukraynadadır. Bu ölkədə trafik ayda 4,42 funt sterlinqə (9,96 manata) başa gəlir. İkinci yerdə Rusiya qərarlaşıb. İnternet bağlamanın qiyməti bu ölkədə 5,02 funt sterlinqdir (11,31 manat). Üçüncü yerdə Rumıniyadır. Bu ölkədə genişzolaqlı internet 6,31 funt sterlinqdir (14,22 manat).
Efiopiya genişzolaqlı internetin qiymətinə görə ən bahalı ölkə kimi tanınıb. Belə ki, bu ölkədə genişzolaqlı internetin qiyməti ayda təxminən 307,84 funt sterlinq (693,60 manat) təşkil edir. Yüksək tarifləri olan ölkələr arasında ikinci yeri Birləşmiş Ərəb Əmirlikləri tutub. Bu ölkədə aylıq trafikin dəyəri 71,75 funt sterlinqdir (161,66 manat). Reytinqin üçüncü pilləsində Qətər qərarlaşıb ki, burada aylıq internetin qiyməti 64,85 funt sterlinq (146,12 manat) təşkil edir.