Bakı sakininə hədə-qorxu gələrək 300.000 manat pul verməsini tələb edən 4 nəfər tutulub

Bakı sakininə hədə-qorxu gələrək 300.000 manat pul verməsini tələb edən 4 nəfər tutulub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əli Məmmədova hədə-qorxu gəlib 300.000 manat pul verməsini tələb edərək əvvəlcə ondan 120.000 manat pul alanların Şəmkir rayon sakini Saday İsmayılov və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif İbadov olmaları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, BMCMİ və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı Ə.Məmmədovdan əlavə 150.000 manat pul tələb etmiş S.İsmayılov, V.İbadov və onlarla birgə olan Bakı şəhər sakiniləri Atəş Osmanov və Anar Məmmədov tutulmuşlar.

V.İbadovun üzərindən 34,6 qram tiryək, S.İsmayılovdan isə 15.000 manat pul aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri