Bakıda Özbəkistan məhsullarının sərgisi açılıb



Bakıda “Made in Uzbekistan” sərgisinin açılışı keçirilib.

Made in Uzbekistan" brendi çərçivəsində Azərbaycana 80-dən çox şirkət səfər edib.

Bunu Özbəkistan Məhsullarının Təşviqi Agentliyinin direktoru bu gün sərgisinin açılış mərasimində deyib.

"Bu sərginin əsas məqsədi Özbəkistanla Azərbaycan arasında idxal-ixrac və iqtisadi münasibətlər üzrə dayanıqlıq əməkdaşlığı möhkəmləndirməkdir. Bu gün Azərbaycana "Made in Uzbekistan" brendi çərçivəsində kənd təsərrüfatı, maşınqayırma və digər sektorlarda fəaliyyət göstərən 80-dən çox şirkət səfər edib. Bundan başqa, biz B2B görüşlərin keçirilməsini, qarşılıqlı investisiyaları müzakirə etməyi planlaşdırırıq", - deyə o bildirib.

Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov “Made in Uzbekistan” sərgisində kənd təsərrüfatı, toxuculuq, inşaat materialları kimi müxtəlif sahələrin təmsil olunduğunu deyib: “Ölkələrimizin iqtisadi əməkdaşlığı müvəffəqiyyətlə inkişaf edir. 2010-cu ildə Daşkənddə Azərbaycan kənd məhsulları sərgisi keçirildi, son illər isə bu kimi sərgilər həm Bakıda, həm də Daşkənddə təşkil olunması aramızdakı əməkdaşlıq əlaqələrinin çoxşaxəli olmasına dəlalət edir”.

Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Məhəmmədcan Batırəliyev də Azərbaycanla iqtisadi ticarət əlaqələrini bundan sonra da inkişaf etdirmək niyyətində olduqlarını deyib.

Sərgi çərçivəsində Azərbaycan və Özbəkistan iş adamları arasında B2B formatında görüşlər keçiriləcəyi gözlənilir.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri