IMF: "Qlobal borc 226 trilyon dollara çatıb"
- 16.12.2021, 13:59,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2020-ci ildə qlobal borcda II dünya müharibəsindən sonra ən böyük artım olub. Kəskin dinamika pandemiyanın yaratdığı sağlamlıq böhranı fonunda baş verib.
Bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb.
Məlumatda deyilir ki, ötən ilin yekununda sözügedən göstərici 226 trilyon ABŞ dollarına çatıb, onun qlobal ÜDM-ə nisbəti isə 256%-ə yüksəlib. Həm dövlətlərin, həm də özəl sektorun və ev təsərrüfatlarının borcları rekord həddə çatıb.
Əgər 2007-ci ildə dövlət borclarının qlobal ÜDM-ə nisbəti 70% olubsa, 2020-ci ildə bu rəqəm 124% təşkil edib. Bu illər ərzində qeyri-dövlət sektorunun borcunun ÜDM-ə nisbəti isə 164%-dən 178%-ə yüksəlib.