“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
- 19.12.2021, 22:11,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi keçirilib.
Live.az xəbər verir ki, müsabiqənin qalibi Ermənistan təmsilçisi Malena olub. O, “Qami, qami” mahnısını ifa etdiyinə görə 224 bal toplayıb.
Polşa isə 218 balla ikinci, Fransa 182 balla üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanı müsabiqədə “One of those days” (“O günlərdən biri”) mahnısı ilə Sona Əzizova təmsil edib. Azərbaycan 151 xalla beşinci yeri tutub. Azərbaycana ən yüksək 12 xalı İtaliya və Ukrayna verib.
///
Fransanın paytaxtı Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başlayıb.
Azərbaycanı müsabiqədə “One of those days” (“O günlərdən biri”) mahnısı ilə Sona Əzizova təmsil edir.
Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.
Sona Əzizovanın çıxışını bəyənirsinizsə, https://vote.junioreurovision.tv/ saytına keçid edərək səs verə bilərsiniz.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.