“Pfizer-Biontech” üç aya Avropa ölkələrinə 215 milyon doza vaksin verəcək
- 20.12.2021, 12:48,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Komissiyası (AK) “BioNtech və Pfizer” şirkəti ilə “mRNA əsaslı peyvəndin yaxın həftələrdə Avropa İttifaqına üzv dövlətlərinə çatdırılmasını sürətləndirmək üçün razılaşıb.
2022-ci ilin birinci rübündə “Pfizer-BioNtech” əlavə olaraq 20 milyon doza peyvənd tədarük edəcək (yanvarda 5 milyon, fevralda 5 milyon və martda 10 milyon – Red).
Bu, “Pfizer-BioNtech”dən artıq planlaşdırılan 195 milyon dozaya əlavədir. Nəticədə Qərb dövlətlərinə birinci rübdə 215 milyon doza vaksin çatdırılacaq.
Dekabrın 16-da Avropa Komissiyası 2022-ci ilin birinci rübündə əlavə vaksinlərin çatdırılması üçün “Moderna” şirkəti ilə də razılaşıb. Qurum qeyd edir ki, bu, “Buster” dozaya təcili ehtiyacı olan üzv dövlətlər üçün xüsusilə faydalı olacaq.