Azərbaycanda elektron satınalmalar üçün iştirak haqları müəyyən edilib
- 21.12.2021, 13:51,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda “Dövlət satınalmaları haqqında” qanunun 50-1-ci maddəsinə uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən satınalmalar zamanı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) 100 manatdan 1 500 manata qədər iştirak haqqı ödəyəcəklər.
LİVE.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”da öz əksini tapıb.
Sənədə əsasən, iştirak haqları aşağıdakı kimidir:
///
Nazirlər Kabineti “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nı təsdiqləyib.
Həmçinin Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.