EBRD Azərbaycanda filialı olan banka 50 milyon avro kredit ayırıb




Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Türkiyənin “Yapı Kredi Bank”ına 50 milyon ABŞ dolları məbləğində kredit ayıracaq.

Bu barədə EBRD məlumat yayıb.

Bildirilir ki, maliyyələşdirmə qadınların rəhbərlik etdiyi KOB-ların Türkiyə iqtisadiyyatında rolunu gücləndirmək və inklüziv davamlı inkişafı təşviq etmək məqsədi daşıyır.

“Bu yeni investisiya 2021-ci ildə EBRD-nin prezidenti Odil Reno-Basso tərəfindən elan olunmuş və türk qadın sahibkarlara dəstək üçün ayrılan 600 milyon avro maliyyə dəstəyinin bir hissəsidir. “Avropa Yenidənqurma və İnkişaf Bankı, 2014-cü ildən həyata keçirilən “Biznesdə Qadınlar” proqramı çərçivəsində Türkiyədə 20 mindən çox qadın sahibkara kredit xətti, həmçinin məsləhət dəstəyi, təlim, mentorluq və biznes şəbəkələrinə çıxış təmin etməklə onların tam potensialına çatmalarına dəstək verib”, - bankın açıqlamasında deyilir.

Qeyd edək ki, EBRD indiyədək Türkiyədə ümumilikdə 361 layihəyə 14,7 milyard avro sərmayə qoyub ki, bunun da 94 %-i özəl sektora yatırılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri