22 dekabr Heydər Əliyev Sarayında “Zəhər tuluğu” filminin premyerası baş tutub.
Live.az xəbər verir k, sosial dram janrında çəkilən film tamaşaçıların zövgünə oxşayıb.
Sosial platformalarda geniş müzakirələrə səbəb olmuş və tamaşıçılar tərəfindən çox bəyənilmiş “Zəhər tuluğu” silsiləsinin qəhrəmanı Adili (Taleh Yüzbəyov) bu dəfə biz fərqli bir obrazda gördük.Yaşadığı faciələrin, cəmiyyətin insanın xarakterinə müxtəlif təsirləri “Zəhər tuluğu” filmində ustalıqla işlənib.
Filmin baş prodüseri- Orxan Mərdan, quruluşçu rejissorları Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir.
Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, xalq artisti Səidə Quliyeva, Tural Əhməd, əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.
Gecənin sonunda filmin bütün çəkiliş heyyəti səhnəyə dəvət olunub. Filmin baş prodüseri Orxan Mərdan bildirib ki, illər sonra ilk dəfə “Zəhər tuluğu” filmi eyni vaxtda bütün kinoteatrlar şəbəkəsində nümayiş olunacaq:
"Gördüyünüz film iki ilə yaxın investisiya saxlayıb. Pandemiya və digər səbəblərdən dolayı çəkilişlər ləngiyirdi.Bu film bizim yeni bir dönəm üçün istehsal etdiyimiz filmdir, alternativ, fərqli bir janrdır. Ümidvaram ki, film tamaşaçılara fərqli duyğular yaşadacaq".
Baş rolun ifaçısı Taleh Yüzbəyov filmin çəkiliş prosesi haqqında danışıb. O qeyd edib ki, filmdən gözləntiləri böyükdür: "Bu günü çoxdandır ki, gözləyirdim. Bu gün mənim üçün çox özəl gündür. Bu gün mənim həyatımda yeni bir mərhələ başlayır ki, arzularıma doğru getdiyim yolda ikinci fəsildəyəm. Mən artıq ilk dəfə kitab oxuyanda beynimdə ilk filmimi çəkmişdim. Sonralar “YouTube” videoları çəkəndə bu arzu artıq bir məqsədə dönmüşdü və mən bu gün sizin qarşınızdayam".
Qeyd edək ki, film dekabrın 23-dən etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.