FlightAware: Omicron ştamına görə bir gündə 2 850 təyyarə reysi ləğv edilib, 9 mini təxirə salınıb


ABŞ-ın təyyarə uçuşlarına nəzarəti həyata keçirən FlightAware platforması dekabrın 25-də bütün dünyada 2 850 təyyarə reysinin ləğv edildiyini elan edib.

Live.az APA-ya istinadla xəbər verir ki, bu barədə CNN Türk xəbər yayıb.

Məlumatda o da qeyd olunur ki, eyni gündə 9 minə yaxın təyyarə reysi də təxirə salınıb.

İzah edilir ki, bu qərarlara yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamı səbəb olub.

Belə ki, Omicron ştamının uçuş heyətinə təsir göstərməsi və hava yollarının qeyri-kafi kadrlarla işlədiyi qeyd olunur.
Şərhlər
Sosial bölməsinin xəbərləri