Emin Ağalarov Bakıda konsert verib




Müğənni və iş adamı Emin Ağalarov həmyerliləri üçün Xəzərin sahilində yerləşən “Sea Breeze Event Hall”da ənənəvi qış konserti ilə çıxış edib.


Bu barədə LİVE.az Life.az-a istinadla xəbər verir.


Karantin məhdudiyyətlərinə görə gecənin qonaqlarının sayı cəmi 150 nəfər olub. Müğənninin yaradıcılığının digər pərəstişkarları isə konsertə gələ bilmədikləri üçün o, yenidən vətənində çıxış etmək qərarına gəlib.


Müğənnini dinləməyə Azərbaycan Prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gəlib.


Qonaqlar üçün müğənni həm köhnə sevilən mahnılarını, həm də tamamilə yeni kompozisiyalarını ifa edib. Ənənəvi olaraq Eminin heç bir konserti əfsanəvi Müslüm Maqomayevin repertuarından olan mahnıları olmadan keçmir. Müğənni tamaşaçılar üçün “Mavi əbədiyyət” kompozisiyasını ifa edib.


Müğənni hər bir qonağa xüsusi diqqət yetirirdi, yaxınlaşırdı, selfi çəkdirirdi, tamaşaçılarla ünsiyyət qururdu. Sonuncu mahnısını ifa edildikdən sonra Emin səhnəni tərk etsə də, alqış sədaları səngimədiyi üçün yenidən geri qayıdıb.


Emin qonaqlar üçün Maksim Fadeyevin yazdığı məşhur “Mənim Azərbaycanım” kompozisiyasını da ifa edib.




















 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri