“Balaca, yaramaz məxluq” tamaşasının premyerası baş tutub

 


“Balaca, yaramaz məxluq” tamaşasının premyerası baş tutub

Dekabırın  25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının  növbəti  premyerası baş tutub.  

Premyeranın ədəbi əsası, İsmayıl İmanın “Balaca, yaramaz məxluq” pyesi psixoloji-dram janrında yazılıb. Bu səhnə əsərinin quruluşçu rejissoru Bəhram Osmanovdu.  Baş rolların ifaçıları- Əməkdar artist Nəsibə Eldarova ( Solmaz), İlham Əsədov( Həsən), İlahə Əmirullayeva (Fidan), Vahid Orucoğlu ( Toğrul) və Gülər Nəbiyevadır( Tamilla). Tamaşanın mövzusu son zamanlar cəmiyyətimizdə yeniyetmə və gənclər arasında baş verən intihar hadisələrinin əsas səbəbləri üzərində qurulub. Problemi harada axtarmaq lazımdır: Cəmiyyətdə, ailədə, məktəbdə, biganəlikdə, yoxsa ikili həyat tərzi standartlarında?
Gənc müəllim Fidan məktəblərində ola biləcək intiharın qarşını almaq üçün cəsarətli bir addım atır - həmkarlarına gerçək bir həyat dərsi verir. 

İ.İmanın “Balaca, yaramaz məxluq” tamaşası böyük anşlaqla keçdi və hamının zövgünə oxşadi.

























 

Foto: Əli Əliyev
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri