Operativ Qərargahdan yas mərasimləri ilə bağlı AÇIQLAMA


Toylarda pandemiya tələblərinə nəzarət etmək daha asandır, yas mərasimlərində isə bunu etmək nisbətən çətindir, yas mərasimlərində təmasların daha yaxın olması da virusun daha sürətli yayılması üçün şərait yaradır.

Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, yas mərasimlərinə böyük axın edən insanlara nəzarət etmək çətin prosesdir və yas mərasimlərində fiziki kontaktların, insanların yaxın ünsiyyətdə olması və yoluxmanın sürətli olması ehtimalı böyükdür. Bu baxımdan, yas mərasimlərinin keçirilməsinə hələlik məhdudiyyət qoyulub. Gələcəkdə bu məsələyə baxıla bilər”.




Trend
Şərhlər
Sosial bölməsinin xəbərləri