Bakıda "Yeməli Şam Ağacı" adlı festival baş tutdu
- 28.12.2021, 20:25,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
25 dekabrda Şuşa restoranının həyətində “Yeməli Şam Ağacı"adlı festival baş tutdu. Azeri Home Chef-in rəhbəri Fəxrəndə Həsənzadənin təşkilatçılığı ilə keçirilən bu tədbir festivallar tarixində bəlkədə ən şirini və ən maraqlısı idi.
Festivalda Mondelez.az-ın sponsorluğu ilə ilk dəfə olaraq “Sehrli ev” uşaq kulinariya müsabiqəsi keçirildi. 25 ən yaxşı balaca aşpaz öz əlləri ilə yeməli ev hazırlayıb gətirməşdilər. Ən yaxşı üçlük Milka və Barni tərəfindən mükafatlandırıldı. Həmçinin "Yeməli Şam Ağacı" müsabiqəsi də keçirildi və qalıblər sponsorlar tərəfindən mükafatlandırıldı.
Tədbirdə Azərbaycanda akkreditasiya olunmuş səfirliklər də iştirak edirdi. Braziliyanın Bakıdakı səfirliyi, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyi qonaqlara öz milli yeməklərini dadmağı təklif edirdi. Tədbirdə Şuşa restoranı, Bon Appetit, Lavazza Azerbaijan, Yuka Kaiten Sushi öz stendləri ilə iştirak edirdilər.
Sevda Axundova tərəfindən "Ştollen" üzrə keçirilən ustad dərsləri qonaqların marağına səbəb oldu.
Tədbirin bədii hissəsində DJ Pit, gənc ifaçı Aliyə Cabbarlı, Lalə İsmayılova, Emin Həsənov, Nailya İsmatulina, Gabie, rəqaslar, animatorlar çıxış etdilər.
Qonaqlar tədbirin sonunda baş sponsor Coca Cola tərəfindən təşkil olunan Şaxta babanın evində Şaxta baba və qar qızla fotosessiya etdilər.