Zamiq Hüseynovun solo konserti baş tutdu



Zamiq Hüseynov Heydər Əliyev Sarayında “Var ol” adlı konsert proqramı ilə çıxış edib.

 Konsertdən öncə KİV nümayəndələrinin suallarını cavablandıran ifaçı konsertin xeyriyyə məqsədli olduğunu, şəhid və qazi ailələrinə həsr edildiyini bildirib.

İfaçı konsert öncəsi etiraf edib: “ Heydər Əliyev Sarayının səhnəsi arzularımın səhnəsidir. Bir az həyacanlıyam. Karantin məhdudiyyətlərinin tam aradan qaldırılandan sonra bir neçə gün ard-arda konsert verməyi planlaşdırıram.Bu günə qədər 20 illik səhnə fəaliyyətimdə Qarabağsız çıxış edirdim. Bu gün bütöv bir ölkənin, qalib ölkənin sənətçisi kimi sizin qarşısınızda çıxış edirəm. Bu gün konsertini ithaf ünvanı tamam fərqlidir. Sevincimin həddi hüdudu yoxdur. Artıq əsirlər boyu işğal altında olan Azərbaycanımızın 30 illik həsrətində olduğumuz Qarabağı işğaldan azad etdik. Bu sevinci bizə yaşadan qəhrəmanlarımızın önündə baş əyirik. Müzəffər ordumuzun gücü sayəsində cənab prezident Ali Baş Komandanımızın "Dəmir yumruq" əməliyyatı nəticəsində torpaqlarımızın geri qaytrdışıq. Bu gün şərəflə deyirik Qarabağ Azərbaycandır. Gözün aydın Azərbaycan".
Konsertin əvvəlində Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Tədbirin aparıcısı tanınmış teleaparıcı Leyla Quliyeva olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən konsertdə tamaşaçı qismində əsasən şəhid və qazi ailələri  yer alıb.
 
Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə ediləcək.
 
 






 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri