ABŞ dövlət katibi Rusiyanın Sovet İttifaqını yenidən qurmaq istədiyini bildirib



“Rusiya geosiyasi baxımdan Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.
 
“Düşünürəm ki, belədir, bu, Rusiya Prezidenti Vladimir Putinin məqsədlərindən biridir. Bu isə əvvəllər Sovet İttifaqının tərkibində olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir”, deyə Blinken vurğulayıb.

ABŞ dövlət katibi əlavə edib ki, Rusiyanın bu addımı qəbuledilməzdir.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri