Novak Cokoviç həbs olunub



Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç Avstraliyada həbs olunub.

Bu barədə jurnalist Kseniya Pavloviç MakAtir serbiyalı idmançının atasına istinadən xəbər yayıb. Həbslə bağlı təfərrüatlar açıqlanmayıb.

Daha əvvəl Cokoviçin vizasının ləğvi ilə əlaqədar apellyasiyanı udduğu məlum olub. Buna baxmayaraq, bildirilib ki, Avstraliya hökuməti məşhur tennisçini ölkədən qova bilər. O, ölkəyə "Australian Open"də iştirak etmək üçün gəlmişdi. Hələlik serbiyalı raketka ustasının turnirə buraxılıb-buraxılmayacağı bilinmir.

Qeyd edək ki, Novak Cokoviç son günlər Melburnda karantin mehmanxanasında qalıb.
 


Report
Şərhlər
İdman bölməsinin xəbərləri