Tokayev: "Sülhməramlılar iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq"


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin əsas missiyası başa çatıb. İki gündən sonra kontingentin Qazaxıstandan mərhələli şəkildə çıxarılmasına başlanılacaq.

Live.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

O, qoşunların çıxarılmasının 10 günə başa çatacağını əlavə edib.

Xatırladaq ki, son hadisələrlə bağlı Qazaxıstana üzvü olduğu KTMT-nin Rusiya, Belarus, Tacikistan, Ermənistan və Qırğızıstandan olan sülhməramlı kontingenti yerləşdirilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri