MN: Kəlbəcərdə vəziyyət gərginləşib, qarşı tərəflə bağlı tədbirlər görülür
- 12.01.2022, 00:40,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.