Vladimir Putinin Azərbaycana səfəri başlayıb
- 13.08.2013, 17:31,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana gəlib.
APA-nın məlumatına görə, Rusiya prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
V. Putini xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, enerji naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin, Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlardakı nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft” və “Lukoyl”un rəhbərləri İqor Seçin və Vahid Ələkbərov müşayiət edirlər.
Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşünün yekunları əsasında enerji və nəqliyyat sahələri də daxil olmaqla, 5-6 rəsmi sənədin imzalanması gözlənilir.
Prezidentlər həmçinin beynəlxalq və regional gündəmin əsas məsələlərini, Xəzər dənizinin hüququ statusunu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edəcəklər.