Azərbaycanın qeyri-neft sənayesi 3%-dən çox artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın sənaye sahələrində 19,6 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, sənayenin qeyri-neft sahələrində 3,4%-lik artım, neft sektorunda isə 0,3%-lik azalma müşahidə olunub.

APA-nın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata əsasən, istehsalın ¾ hissəsi mədənçıxarma, 19,9%-i emal, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Qeyd edək ki, qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompüter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri