Avropadan Azərbaycana readmissiya olunan şəxslərin sayı artıb
- 18.01.2022, 11:26,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən il Avropa ölkələrindən Azərbaycana readmissiya olunan şəxslərin sayı açıqlanıb.
Live.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, ötən il ərzində 420 şəxs readmissiya olunub.
Bu, əvvəlki illə müqayisədə 2,9 faiz artım deməkdir. Readmissiya ilə bağlı sorğu sayı isə 440 olub. 2014-cü ildən Avropa İttifaqı ilə readmissiya ilə bağlı saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası olub, amma daxil olan 4160 şəxsin isə sorğusu müsbət cavablandırılıb. 2147 nəfərin də readmissiyası nəzərdə tutulub.