Dövlət Departamenti: "Antoni Blinken Rusiyanı qoşunları geri çəkməyə çağıracaq"
- 19.01.2022, 14:53,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ dövlət katibi Antoni Blinken Cenevrədə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə Rusiyanı ordu hissələrini Ukrayna sərhədindən geri çəkməyə çağıracaq.
Bu barədə Dövlət Departamentinin saytında məlumat yerləşdirilib.
“Dövlət katibi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşmək üçün yanvarın 21-də Cenevrəyə yola düşəcək. Məqsəd ümumi maraq kəsb edən istiqamətlərdə əməkdaşlıq edərək, Rusiyanı gərginliyi azaldaraq Ukrayna sərhədi boyu qoşunlarını geri çəkməyə israrla çağırmaqdır”, - məlumatda bildirilir.
Report