İstanbul hava limanının fəaliyyəti bu gün günorta saatlarında bərpa olunacaq



Güclü qar səbəbindən reysləri qəbul etməyən İstanbul hava limanının fəaliyyəti saat 13:00-dan sonra bərpa olunacaq.

Bu barədə “Turkish Airlines” şirkətinin baş direktoru Bilal Ekşi məlumat verib.

“Uçuş-eniş zolaqlarının təmizlənməsi istiqamətində fəal işlər aparılır. Saat 13:00-dan sonra hava limanının fəaliyyətini bərpa olunacaq”, - o, tviter səhifəsində yazıb.

Xatırladaq ki, hava şəraitinin pisləşməsi Türkiyənin müxtəlif regionlarında çoxsaylı yol-nəqliyyat hadisələrinə səbəb olub. Meteoroloqlar qarın bir həftə davam edəcəyini açıqlayıblar.
Şərhlər
Dünya bölməsinin xəbərləri