Bayden mobil telefonundan tam istifadə edə bilmədiyini etiraf edib
- 25.01.2022, 15:16,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Prezidenti Cozef Bayden mobil telefonundan istifadə zamanı çətinlik çəkdiyini etiraf edib və problemlərin həllində qızının ona kömək etdiyini bildirib.
Bu barədə Report xarici mətbuata istinadən xəbər verir.
Cozef Bayden qiymət endirimi tədbirində xüsusən elektron mallar kontekstindəki səylərdən danışıb. ABŞ Prezidentinin sözlərinə görə, bəzi iri smartfon istehsalçıları artıq istifadəçilərə cihazları özləri təmir etməyə imkan verir, belə imkanlar yaradır.
"Bunu necə edəcəyimi bildiyimə əmin deyiləm. Telefonla bağlı hər hansı problemim olanda qızıma zəng edirəm", - Bayden deyib.
Tədbir Ağ Evin saytında yayımlanıb.