Qırğızıstan Tacikistanla atəşkəs razılaşmasını elan edib
- 28.01.2022, 10:44,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qırğızıstan Tacikistanla atəşkəs razılaşmasını elan edib
Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər.
Bu barədə “RİA Novosti”yə Qırğızıstanın Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.
“Danışıqların yekunlarına görə aşağıdakı razılıqlar əldə olunub: tam atəşkəs haqqında; hər bir tərəfin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması haqqında, Batken-İsfana magistral yolu boyunca hərəkətin açılması, münaqişələrin qarşısının alınması üçün Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidməti haqqında”, - mətbuat xidmətinin sözçüsü bildirib.
Onun sözlərinə görə, danışıqlarda Qırğızıstanın Batken vilayətinin və Tacikistanın Soqd vilayətinin qubernatorları, iki ölkənin sərhəd idarələrinin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, dünən Qırğızıstan və Tacikistan sərhədində atışma olub. Qarşıdurma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirir.
///
Qırğızıstan Prezidenti Tacikistanla sərhəddə vəziyyətlə bağlı vətəndaşlara müraciət edib
Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla sərhəddə vəziyyəti nəzarətdə saxladığını bildirib.
Bu barədə dövlət başçısı feysbuk sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Əziz qırğızıstanlılar! Sərhəddəki vəziyyət tamamilə mənim nəzarətimdədir. Allah qoysa, hər şeyi danışıqlar yolu ilə, sülh yolu ilə həll edəcəyik. Narahat olmayın", - ölkə lideri sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər. İki ölkənin sərhədində dünən baş verən atışma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirir.
Report