Vladimir Putin: “Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi rekord templə inkişaf edir”
- 13.08.2013, 18:46,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dünya iqtisadiyyatındakı ümumi mürəkkəb vəziyyətə baxmayaraq, ölkələrimiz arasında münasibətlər kifayət qədər uğurla inkişaf edir.
Ötən il qarşılıqlı ticarət dövriyyəsinin inkişafı 47 faiz təşkil edib, bu, bizim üçün rekordlardan biridir. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi rekord templə inkişaf edir”. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib. O bildirib ki, Rusiya Azərbaycanla ticarət-iqtisadi əlaqələrdə lider ölkələrdən biridir: “Bu sahədə ikinciyik, ticarət dövriyyəsi artır. Ən xoşagələn də odur ki, ticarət dövriyyəsinin strukturu da həm Azərbaycan, həm də Rusiya tərəfdən olduqca yaxşıdır”.
V. Putin əlavə edib ki, iki ölkə arasında əlaqələr çoxsaylı istiqamətlər üzrə inkişaf edir və çoxçeşidli xarakter daşıyır.
Azərbaycan prezidenti İlham Əliyev isə ümid etdiyini bildirib ki, V. Putinin səfəri iki ölkə əlaqələrinə əlavə impuls verəcək.