Kunio Mikuriya: "Azərbaycan gömrükçüləri dünyada bir nümunə yarada biliblər"
- 30.01.2022, 11:04,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan dövlət gömrük xidmətinin fəaliyyəti çox yüksək səviyyədədir.
Bunu Ümumdünya Gömrük Təkilatının (ÜGT) baş katibi Kunio Mikuriya bu gün dövlət gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peçə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan gömrükçüləri öz xidmətləri ilə dünyada bir nümunə yarada biliblər: “30 il fəaliyyəti dövründə COVID-19 pandemiyası və karantin dövrünə də düşüb. Buna baxmayaraq bu dövrdə də sərhədlərdə bağlantıları təmin edib. Vacib məsələ budur ki, bu dövrlərdə də öz fəaliyyətlərini təmin edə biliblər”.
K.Mikuriya bildirib ki, buna nail olmaq üçün isə Azərbaycan gömrük xidmətində peşəkar heyət qurulub və potensialın gücləndirilməsi baxımından bilik və bacarıqları Azərbaycan ölkə hüdudları kənara da çıxara bilib: “Potensialın gücləndirilməsi və bilik və bacarıqların artırılması da asan iş deyil. Vacib olan budur ki, Azərbaycan gömrükçükləri bütün bunları digər gömrük xidmətləri ilə də bölüşə bilib".
K.Mukiyanın sözlərinə görə, Azərbaycan gömrük xidməti öz fəaliyyətini tarazlı təsisə çevirə bilib: “Bu bir tələfdən dövlət büdcəsinə köçürmələri təmin edir, digər tərəfdən də Azərbaycan cəmiyyətində inamın yaradılmasına imkan yaradır. Məncə, Azərbaycan gömrüyünün gələcəyi parlaqdır”.
O bildirib ki, dünən Dövlət Gömrük Komitəsinin Akademiyasında gənc gömrükçülərlə görüşü zaman xeyli sayda savadlı gələcək gömrükçülərlə görüşüb: “Bir daha əmin oldum ki, Azərbaycan gömrüyünün sabahına çox peşəkar əməkdaşları yetişir və bu da bir daha əmin edir ki, Azərbaycan gömrük xidmətinin gələcəyi parlaqdır”.