Deputat Cavanşir Feyziyevin milyonları müsadirə olundu
- 01.02.2022, 11:45,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniyanın Milli Cinayət Agentliyinin araşdırmasından sonra Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevin yaxınlarına məxsus bank hesabındakı milyonlarla funt-sterlinq müsadirə edilib.
Live.az-ın məlumatına görə, bu barədə Lent.az xəbər portalı yerli “National Crime Agency” nəşrinə istinadən məlumat yayıb.
Məlumata görə, britaniyalı maliyyə müstəntiqləri deputatın ailə üzvlərinin Böyük Britaniyadada saxladığı 5,6 milyon funt-sterlinqin müsadirə edilməsi haqqında sərəncam imzalayıblar.
Müsadirə olunan hesabları deputatın həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirə aiddir.
Müstəntiqlər bu hesablardakı vəsaitlərin Azərbaycanda çirkli pullarla əldə olunduğunu bildirib.
Məlumata görə, Cavanşir Feyziyevin yaxınlara aid dondurulmuş hesablarda 15,3 milyon funt-sterlinq olub. Bu məbləğin 5,630,994,19 funt-sterlinqinin müsadirəsinə göstəriş verilib.
AZƏRTAC-ın məlumatına görə, London məhkəməsi qərar verib ki, vəsaitin 10 milyondan bir qədər çoxu qanuni fəaliyyət nəticəsində qazanılıb. Qalan 5 milyonun köçürülməsində məhkəməyə tam aydın olmayan məqamlar var. Məhkəmənin qənaətinə görə, bu məqamlar bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş qalmaqalla bağlıdır. Hakim belə qənaətə gəlib ki, köçürmə prosesində baş vermiş mənfi halların Pərvanə Feyziyeva, Orxan Cavanşir və Elman Cavanşirlə bilavasitə bağlılığı yoxdur.
Beləliklə, 10 milyon funt sterlinq sahibinə qaytarılıb.