Azərbaycan prezidenti: “Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə əlavə impuls vermiş olacaq”
- 13.08.2013, 18:47,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə əlavə impuls vermiş olacaq”. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti ilə görüşdə deyib.
“Münasibətlərimiz çox dinamik, pozitiv və uğurlu inkişaf edir. Bu münasibətlər çox sahələri əhatə edir və bu gün ikitərəfli münasibətləri, həmçinin regional məsələləri müzakirə etmək imkanımız olacaq. İqtisadiyyat sahəsində hətta gözlədiyimizdən də gözəl nəticələr var, humanitar sahədə ənənəvi nəticələr və perspektivlər var. Başqa sözlə desək, münasibətlər uğurla inkişaf edir, sizin səfəriniz münasibətlərimizin inkişafında xüsusi yerə malik olacaq. Əminəm ki, bu səfərdən sonra münasibətlərin inkişafında pozitiv dinamika davam edəcək”.
Vladimir Putin öz növbəsində humanitar sahənin inkişafına yönəlmiş təşəbbüslərə toxunub: “Bilirəm ki, burada sizin şəxsi təşəbbüsləriniz də var. Biz bu gün o təşəbbüsləri müzakirə edəcəyik. Əminəm ki, bugünkü görüşümüz münasibətləri inkişaf etdirməyə kömək edəcək. Mənimlə birgə böyük komanda, əməkdaşlığın əsas sahələri üzrə nazirlər mənimlə gəlib. Ona görə də görəcəyimiz iş məzmunlu, böyük, maraqlı və çox sərfəli olacaq”.