Rəsulzadənin nəvəsi AzTV-də babası ilə bağlı xatirələrindən danışdı



Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

138-ci doğum günü ilə əlaqədar olaraq M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Azərbaycan Televiziyasının “Telesəhər” verilişinin canlı yayımında qonaq olub.

O, Rəsulzadənin nəinki Şərq aləmində dünyada demokratik aləmdə öz imzası olan böyük şəxsiyyət, mütəfəkkir olduğunu deyib. Bildirib ki, babası Milli Azadlıq Hərəkatının böyük ideoloqudur.

Daha sonra Rais Rəsulzadə əlavə edib ki, onun irsi bu gün də öyrənilir və  öyrənilməyə böyük ehtiyac var.

Rəsulzadənin  nəvəsi babasına həsr olunmuş konfransın keçiriləcəyini əlavə edib. Deyib ki, konfrans Tarix Muzeyində baş tutacaq.
O, babası ilə bağlı xatirələrinin, əsasən, ailə böyüklərindən eşitdiklərindən ibarət olduğunu deyib.

Şərhlər
Sosial bölməsinin xəbərləri